AVTO

İctimai nəqliyyatda davranış qaydaları belə təbliğ edilir - FOTO
09 YANVAR
125

İctimai nəqliyyatda davranış qaydaları belə təbliğ edilir - FOTO

2019-01-09 16:39:00

Bakı şəhəri Suraxanı rayonu 279 saylı orta məktəbdə yol hərəkəti və ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Fins.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı faydalı məlumatlar verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üşün hazırladığı “İctimai nəqliyyatda davranış qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, paytaxtın orta məktəblərində aşağı sinif şagirdlərinin xüsusi təlimlərə cəlb edilməsi prosesi davam etdiriləcək.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256