AVTO

Volkswagen "power bank"lar hazırlayıb
09 YANVAR
131

Volkswagen "power bank"lar hazırlayıb

2019-01-09 14:01:00

Yanvar ayının ilk günlərindən Volkswagen Group Components bölümü müstəqil biznes vahidinə çevrilib. Fins.az xəbər verir ki, yeni şirkətin əsas məqsədi mobil elektrik yükləmə stansiyalarının yaradılmasıdır. Bu stansiyalar, mobil telefonlar üçün nəzərdə tutulan xarici enerji daşıyıcılarının (power bank) iş prinsipinə bənzəyən formada fəaliyyət göstərəcəklər. Mobil terminalları istənilən yerdə quraşdırmaq mümkündür. Məsələn, belə stansiyaları kütləvi tədbirlərin keçirildiyi yerlərdə, ictimai dayanacaqlarda və şirkətlərin ərazisində yerləşdirmək olar. Layihənin əsas məqsədi şəhərlərin icra hakimiyyətlərinə daimi məntəqələr üçün nöqtələrin müəyyən edilməsinə yardım etməkdir. Hər bir stansiya 100 kVt gücü olan yeyin yükləməni təmin edəcəkdir. Elektromobillər ilə yanaşı, bu stansiyalarda elektrik velosipedlərini də doldurmaq mümkün olacaqdır. Terminalım ümumi həcmi 360 kVt/saatdır. Stansiyanı alternativ enerji mənbələrinə qoşmaq və ya onu enerjinin saxlanılması anbarı kimi istifadə etmək imkanı da vardır. İlkin olaraq, belə qurğular gələn il Volfsburqda quraşdırılacaqdır. 2020-ci ildən başlayaraq Almaniyanın digər yaşayış məntəqələrinin də “dolablarla” təchiz edilməsinə başlanacaqdır 

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256