AVTO

Azərbaycanda uşaq avtoşəhərcikləri yaradılacaq
09 YANVAR
241

Azərbaycanda uşaq avtoşəhərcikləri yaradılacaq

2019-01-09 10:00:00
Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq. Fins.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir. Sənəddə vurğulanır ki, yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.
 
Həmçinin 2019-2020-ci illərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydası hazırlanacaq, belə yerlər ölkənin müxtəlif ərazilərində yaradılacaq.
 
© AzEdu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027