AVTO

Bu istiqamət üzrə gecə reysi həyata keçiriləcək
07 YANVAR
218

Bu istiqamət üzrə gecə reysi həyata keçiriləcək

2019-01-07 17:41:00

11 yanvar tarixindən etibarən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrəgecə reysi həyata keçiriləcək. Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək.Naxçıvandanisə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir. Fins.az xəbər verir ki, BBAK-ın mətbuat katibi Pərvin Məmmədova bildirib. O, qeyd edib ki, sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədənala bilərlər. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindənhərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266