AVTO

Azərbaycanın yol hərəkəti ilə bağlı milli strategiyası olacaq
07 YANVAR
91

Azərbaycanın yol hərəkəti ilə bağlı milli strategiyası olacaq

2019-01-07 09:21:00

BMT-nin “Yol hərəkəti təhlükəsizliyi sahəsində 2011–2020-ci illər üzrə fəaliyyət Onilliyinin Qlobal Planı”nda yol hərəkətinin təhlükəsizliyi sahəsində milli strategiyanın qəbul edilməsi zəruri hesab edilir. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir. Dövlət Proqramında qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi mürəkkəb sistemdir. Bu sistemin bir tərəfini onun hüquqi, sosial və iqtisadi çərçivəsini müəyyən edənlər, digərini isə həmin çərçivədə fəaliyyət göstərən yol hərəkətinin iştirakçıları təşkil edir. Sistem təminatçıları və iştirakçıları arasında qarşılıqlı əlaqə və birgə fəaliyyət olduğu kimi, məsuliyyət bölgüsü də olmalıdır. Bu cür məsuliyyət bölgüsü bir çox ölkələrdə qəbul edilmiş “təhlükəsiz yol hərəkəti sistemi” yanaşmasının təməlini təşkil edir: həmin sistemin əsasında insan ölümü və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi prinsipi durur. Həmçinin bildirilib ki, BMT-nin “Yol hərəkəti təhlükəsizliyi sahəsində 2011–2020-ci illər üzrə fəaliyyət Onilliyinin Qlobal Planı”nda yol hərəkətinin təhlükəsizliyi sahəsində milli strategiyanın qəbul edilməsi zəruri hesab edilir və Azərbaycan Respublikası bu sahədə beynəlxalq səyləri tam dəstəkləyir.

AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256