AVTO

Yol polisi yol qaydalarını belə öyrədir – VİDEO
05 YANVAR
216

Yol polisi yol qaydalarını belə öyrədir – VİDEO

2019-01-05 12:07:00

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşları Xaçmaz rayonunun “4-сü şöbə” yaşayış məntəqəsində məktəblilərlə görüşüb. Fins.az xəbər verir ki, görüşdə əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etməkdir. Görüşdə məktəblilərə yol nişanları haqqında məlumat verilib. Yollarda piyadalar üçün nəzərdə tutulan zolaqlardan istifadənin zəruriliyindən danışılıb. YPXA-nın 2-ci tağımının baş inspektoru Telman Mustafayev deyib ki, bu cür görüşlər bir çox məktəblərdə keçirilib: “Məqsəd uşaqların məktəbdən çıxarkən, yaxud dərsə gedərkən təhlükəsiz hərəkətini təmin etmək və onların mənzil başına sağ-salamat çatmasına nail olmaqdır. Biz uşaqlarla “Yol hərəkəti haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş maddələri müzakirə edirik”.


Xaçmazın Qusarçay tam orta məktəbində keçirilən görüşdə də “Yol hərəkəti haqqında” qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Dövlət Yol Polisi əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırıb, onları yollarda diqqətli olmağa səsləyib. Tədris ocaqlarında keçirilən maarifləndirici görüşlər davam etdiriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264