AVTO

BMW avtomobillərinin atıldığı anbar tapılıb
04 YANVAR
622

BMW avtomobillərinin atıldığı anbar tapılıb

2019-01-04 17:53:00

Bolqarıstanın Blaqoyevqrad şəhərində BMW markalı retro avtomobil modellərinin olduğu atılmış anbar tapılıb.

Fins.az xəbər verir ki, anbarda 1994-cü il istehsalı olan 11 ədəd E34 kuzovlu "BMW 5 Series" avtomobili aşkar edilib.

Sahibi onları həmin vaxt ölkədə ilk avtomobil icarəsi xidməti təşkil etmək üçün alıb.

Bildirilir ki, bütün avtomobillər yenidir və ideal vəziyyətdədir, çünki son 25 il ərzində konservləşdirilmiş vəziyyətdə olub.

Retro avtomobillərin hərraca çıxarılması planlaşdırılır. Onların ilkin qiyməti 15 min avrodan başlayır. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264