AVTO

Daha bir yolda nəqliyyatın sıxlığı azaldıldı
03 YANVAR
501

Daha bir yolda nəqliyyatın sıxlığı azaldıldı

2019-01-03 17:48:00

Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində nəqliyyatın sıxlığı azaldılıb. Bakı Nəqliyyat Agentliyindən Fins.az-a bildirilib ki, Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib. Layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb.

Qeyd edək ki, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə sola dönən nəqliyyat vasitələri üçün əlavə hərəkət zolaqları təşkil edilib. Gələcəkdə yolayrıcında hərəkətin təhlükəsizliyinin daha da artırılması məqsədilə işıqforun 3 fazalı vaxt rejimində təşkili də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263