AVTO

“Volkswagen”ə qarşı şikayətə 300 min nəfər qoşulub
03 YANVAR
238

“Volkswagen”ə qarşı şikayətə 300 min nəfər qoşulub

2019-01-03 09:49:00

Almaniyada 300 mindən artıq avtomobil sahibi “dizel qalmaqalı” ilə əlaqədar olaraq “Volkswagen”ə qarşı kollektiv iddiaya qoşulub.

Fins.az xəbər verir ki, bu barədə ədliyyənin federal qurumunun nümayəndəsi Tomas Ottersbax deyib.

Şikayətə 2008-ci ilin noyabr ayından “Volkswagen”, “Audi”, “Skoda” və ya “EA189” motor tipli “Seat” markasından olan geri çağrılacaq dizel avtomobilləri alan hər kəs qoşula bilər.

Bu, Almaniyada “dizel qalmaqalı” ilə əlaqədar “Volswagen”ə qarşı qaldırılan ilk kollektiv şikayətdir. 2015-ci ilin sentyabr ayında konsern tullantıların göstəriciləri ilə manipulyasiya olunduğunu qəbul edib. Məlum olub ki, onun avtomobilləri tullantı qazlarda zərərli maddələrin mövcudluğuna dair göstəriciləri aşağı salan proqram təminatı ilə təchiz olunub. Bu sistem nəticəsində avtomobillərin qəbul olunan normalara tamamilə uyğun olduğu görünürdü. Əslində isə onlar havanın çirklənməsinin yuxarı həddini dəfələrlə üstələyirdilər. Finans

Eləcə də bax: "Volkswagen"ə böyük ŞOK!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272