AVTO

Subaru sedanın xüsusi versiyası
28 DEKABR 2018
386

Subaru sedanın xüsusi versiyası

2018-12-28 17:00:00

Bir neçə gün bundan öncə Subaru şirkətinin WRX STI modelinin xüsusi versiyasını hazırladığını bildirmişdik.

Fins.az xəbər verir ki, bu yapon istehsalçısı yeni sedanın tizerini dərc edərək, bunu rəsmi olaraq təsdiqləyib. Xüsusi seriyadan olan avtomobiullər S209 indeksinə sahib olacaqdırlar. Xatırladaq ki, Subaru WRX STI S209 sedanı 14 yanvar tarixində işinə başlayacaq Detroyt avtosalonunda debüt edəcəkdir.

Xüsusi versiyadan olan sedanlar bir sıra yeni aerodinamik kuzov elementlərinə sahib olacaqdır. Sedan ön bamperdəki üfüqi xəttləri olan barmaqlığa, splitterə və onun yan tərəflərində qoyulan kanardlara sahib olub. Arxa bamper də dəyişikliklərdən nəsibini alıbdır. Bundan başqa, genişləndirilmiş ön və arxa qanadlar avtomobilin daha enli təkərlər ilə təchiz ediləcəyindən xəbər verir.

Bir müddət bundan öncə, Subaru şirkətinin S209 əmtəə nişanını qeydə aldığı məlum olub. Çox güman ki, bu ad WRX STI modelinin xüsusi versiyası üçün nəzərdə tutulub. Xatırladaq ki, yapon istehsalçısı bu günə qədər S seriyasından olan modelləri ABŞ bazarında təklif etməyib. Autograph

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266