AVTO

Xaricdən alınmış borc üzrə ödədiyimiz faizləri gəlirdən çıxa bilərikmi?
27 DEKABR 2018
176

Xaricdən alınmış borc üzrə ödədiyimiz faizləri gəlirdən çıxa bilərikmi?

2018-12-27 11:26:00

Müəssisəmiz avtomobillərin idxalı və satışı ilə məşğuldur. Almaniyada yerləşən təchizatçı şirkətdən illik faiz dərəcəsi 10 faiz olmaqla iki illik müddətə 200 min avro borc alınıb. Xaricdən alınmış borc üzrə ödədiyimiz faizləri gəlirdən çıxa bilərikmi? Bunu vətandaşlardan biri Vergilər Nazirliyinə soğru göndərib.

Fins.az Vergilər Nazirlinin cavabını təqdim edir:

"Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir. Eyni zamanda, Vergi Məcəlləsinə kapital anlayışı əlavə edilmişdir. Buna əsasən kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəridir. Dəyişikliyə əsasən vergi ödəyicisinin xaricdən aldığı borclarının xalis aktivlərindən iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlər gəlirdən çıxılmayacaq. Bu məhdudiyyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara, habelə rezident bankların və kredit təşkilatlarının xaricdən aldığı borclara aid edilmir. Əsas: Vergi Məcəlləsi, 110-cu maddə". 

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257