AVTO

Şirkətdən əməkdaşlarına sərt QADAĞA
26 DEKABR 2018
368

Şirkətdən əməkdaşlarına sərt QADAĞA

2018-12-26 16:17:00

“Nissan” şirkəti əməkdaşlarına direktorlar şurasının sabiq sədri Karlos Qon və onun köməkçisi Qreq Kelli ilə, o cümlədən onların vəkilləri ilə istənilən formada təmasda olmağı qadağan edib.

Fins.az NHK telekanalına istinadla xəbər verir ki, bununla əlaqədar şirkətin rəhbərliyi əməkdaşlara elektron məktub göndərib. Qeyd edilir ki, K.Qon “ciddi qanun pozuntularına görə” həbs olunub, eyni zamanda, Q.Kelli də cinayətə yol verib. “Nissan” şirkətinin bütün dünyadakı əməkdaşlarına ünvanlanan müraciət K.Qon, Q.Kelli və onların vəkilləri, o cümlədən istənilən nümayəndələri ilə danışmağı və ya istənilən digər formada ünsiyyətdə olmağı qadağan edir.

Təlimata əsasən, həmin şəxslər əməkdaşlara zəng edəcəyi təqdirdə onlarla istənilən formada əlaqənin qadağan edildiyi bildirilməlidir. Eyni zamanda, onlardan daxil olan elektron və ya adi məktublara da cavab vermək olmaz.

Bütün bunlara baxmayaraq, “qara siyahıya” daxil edilən bu şəxslərin şirkətin əməkdaşı əlaqəyə girəcəyi təqdirdə, həmin əməkdaş mütləq bu barədə “Nissan”ın hüquq departamentini məlumatlandırmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266