AVTO

Yol hərəkəti qaydaları belə təbliğ edilir - FOTO
26 DEKABR 2018
386

Yol hərəkəti qaydaları belə təbliğ edilir - FOTO

2018-12-26 10:06:00

Dünən Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 və 156 saylı tam orta məktəblərdə şagird və müəllim kollektivinin iştrakı ilə “Yol hərəkəti qaydaları" mövzusunda növbəti geniş profilaktiki və marifləndirici tədbir keçirilib. Fins.az xəbər verir ki, tədbir Xəzər Rayon Polis İdarəsi tərəfindən təşkil olunub. Tədbirdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Xəzər RPİ-nin DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov, Xəzər RPİ-nin əməkdaşları Samir Ağayev, Xəyalə Həsənova və Aysel Abdullazadə yol hərəkəti qaydalarına riayət olunması barədə videoçarxlar təqdim edərək şagirdlərə öz  tövsiyyələrini veriblər. Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb, onlara yol hərəkəti qaydalarına aid elementar biliklər izah olunub. Yol qəzalarında uşaqların daha çox zərər çəkdiyi qeyd olunub və bu kimi halların qarşısının alınması üçün atıllan addımlardan bəsh edilib.  Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.

 

                                                                                                                                            Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265