AVTO

Bugatti ofrouderi olacaqmı?
25 DEKABR 2018
175

Bugatti ofrouderi olacaqmı?

2018-12-25 15:03:00

Bugatti şirkətinin rəhbəri Stefan Vinkelmann bir neçə ay bundan öncə, fransız markasının ofrouder buraxmaq ehtimalı barədə düşündüyünü bildirmişdi. Əlbəttə ki, fransız markası üçün ofrouderin mövcudluğu yeni müştərilər cəlb etməyə imkan verə bilər.

Fins.az xəbər verir ki, artıq dəbdəbəli krossoverlər seqmentində Bentley Bentayga və Rolls-Royce Cullinan modellər təklif edilir. İdman krossoverlərinə gəlikdə isə, Lamborghini Urus, gələcək Aston Martin DBX və Ferrari Purosangue modellərini göstərmək olar. Əslində dünyaya Bugatti krossoveri heç də gərək deyildir, lakin dizayner Giorgi Tedoradze tamamilə başqa fikirdədir və hazırladığı eskizdə ofrouderin zahiri görkəminə olan baxışını əks etdirib. Məlumdur ki, Vinkelmann Paris avtosalonunda verdiyi müsahibə zamanı, fransız markasının rəhbərliyinin ofrouder buraxmaq barədə müzakirələri apardığını bildirmişdi. Vinkelmann yeni modelin inşası üçün əlavə sərmayənin tələb olunduğunu bildirib. O. jurnalistlərə əvvəllər şirkəti Volkswagen konsernin sərmayələrini məntiqsiz xərcləməkdə ittiham etdiklərini də xatırladıb. Məlumdur ki, böyük vəsaitlər yalnız bir modelin yaradılmasına xərclənirdi. Vinkelman model çeşidinin genişlənməsinin Bugatti şirkəti effektiv və gəlirli edəcəyini söyləyib. Vinkelmannın bildirdiyinə görə, Bugatti sahiblərinin əksər hissəsi 1927-ci ilin Bugatti Royale modeli ruhunda sedanın buraxılmasını arzulayır. Xatırladaq ki, bir müddət bundan öncə, fotocəsuslar Bugatti şirkətinin dayanacağında sedan kuzovlu avtomobilin fotoşəklini çəkmişdirlər. Bununla belə, ofrouderin istehsalı maliyyə cəhətdən daha sərfəli görünür. Bu səbəbdən də Bugatti hələlik kuzov seçimi sahəsində tərəddüd edir.  

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256