AVTO

Sürücü və avtomobil arasında emosional əlaqə yaranacaq - YENİLİK
21 DEKABR 2018
230

Sürücü və avtomobil arasında emosional əlaqə yaranacaq - YENİLİK

2018-12-21 14:03:00

Gələn ay Las Veqasda keçiriləcək istehslak elektronikasının (CES) sərgisində Kia şirkəti “emosional idarəetmə” erası barədə danışacaq. Fins.az xəbər verir ki, Cənubi Koreya istehsalçısı Las Veqasda R.E.A.D. adlı sistemi nümayiş etdirəcək. Yeni sistem real vaxt rejimində sürücünün emosional vəziyyətini təhlil edərək, ətraf mühiti ona uyğunlaşdırır. Kia Las Veqasda quracağı ekspozisiyanı Space of Emotive Driving adlandırıb. Bu ekspozisiyanın mərkəzində R.E.A.D. sistemi quraşdırlacaqdır ki, yeni texnologiyanın yaradılmasında Massaçuset texnoloji universitetinin media-laboratoriyasının emosional hesablamalar qrupu da iştirak edib. Real-time Emotion Adaptive Driving sistemi biosiqnalların oxunması və sürücünün emosional vəziyyətinin təhlili üçün süni intellektdən istifadə edir. Süni intellekt, həmçinin əldə etdiyi məlumatlar əsasında avtomobilin salonundakı məkanı fərdiləşdirir.

Kia Motors şirkətinin tədqiqat və işləmələr şöbəsinin başçısı yeni texnologiyanın avtomobilin salonunda interaktiv məkan yaratmağa, həmçinin sürücü və avtomobil arasında “emosional əlaqəni” qurmağa yardım edəcəkdir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269