AVTO

Bu avtombil yenilənmiş modelinin buraxılışına hazırlaşır
20 DEKABR 2018
339

Bu avtombil yenilənmiş modelinin buraxılışına hazırlaşır

2018-12-20 14:32:00

Volkswagen şirkəti Emdendəki zavodda yenilənmiş Passat modelinin buraxılması üçün hazırlıq işlərini tamamlamaq üzrədir. Avtomobil artıq istehsal üçün tam hazırdır və yanvar ayının sonunda bazara çıxmalıdır. Fins.az xəbər verir ki, vizual olaraq yenilənmiş Passat cüzi dəyişikliklərə məruz qalacaqdır. Yenilənmiş sedan və universallar dizaynına yenidən baxılmış ön fənərlərə, işıqdiodlarından arxa fənərlərə, yenilənmiş bamperlərə və buraxılış sisteminin çıxış borularına sahib olacaqdır. Modelin  avadanlıq siyahısında da dəyişikliklər vardır: bunlara misal olaraq yenilənmiş məlumat əyləncə mərkəzini, yeni onlayn-xidmətləri və sürücüyə yardım sistemlərini göstərmək lazımdır.  Bundan başqa, avtomobilin yeni tərtibat variantlarına və sükan çarxına da malik olmalıdır. Volkswagen Passat modelinin mühərrik çeşidində də yeniliklər olacaqdır. 2020-ci model ilinin Passat modeli yeni daxili yanma mühərrikləri ilə yanaşı, məişət şəbəkəsindən qidalanan hibrid güc qurğusunu da əldə edəcəkdir. Yeni hibridin Passat GTE adlandırılacağı və yaxud PHEV indeksinə sahib olacağı hələlik məlum deyildir.

Xatırladaq ki, Volkswagen Passat GTE  tərkibinə 1,4-litrlik benzin mühərriki, elektromotor və 9,9 kVt-saatlıq litium-ion batareyası daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Elektrik ötürməsi ilə 50 kilometr qət edən sedan dolu çənlə 1000 kilometr qət etmək iqtidarındadır. Alman istehsalçısı gələn il Passat modelinin 30 milyonluq satış həddini keçməsini gözləyir. Beləliklə, Passat 35 milyonluq satış göstəricisinə malik olan Golf modelindən sonra ikinci bestseller olacaqdır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264