AVTO

Bu yoldan istifadə edənlərin nəzərinə! – FOTO
20 DEKABR 2018
224

Bu yoldan istifadə edənlərin nəzərinə! – FOTO

2018-12-20 13:04:00

Bakıda daha bir yolda nəqliyyatın hərəkət istiqamətində dəyişiklik edilib. Fins.az xəbər verir ki, bu barədə Avtosfer.az-a BNA-dan məlumat verilib. Dəyişikliyə əsasən, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcək. M.Ağayev bildirib ki, istiqamətin dəyişdirilməsi nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədi daşıyır. “Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı. Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır. Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır”, - deyə M.Ağayev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256