AVTO

Bir nəfər bu avtomobilin bütün modellərini alaraq kolleksiyaçı oldu
19 DEKABR 2018
309

Bir nəfər bu avtomobilin bütün modellərini alaraq kolleksiyaçı oldu

2018-12-19 12:46:00

Aston Martin Vanquish Zagato superkarına sahib olmaq çoxlarının arzusudur. Bəs qarajınızda Zagato seriyasından olan dörd eksklyuziv avtomobil olarsa özünüzü necə hiss edərdiniz?

Fins.az xəbər verir ki, dünyada belə bir kolleksiyaçı mövcuddur. Şotlandiyada yaşayan naməlum avtomobil həvəskarı  Aston Martin Vantage Zagato kupe, kabriolet, spidster və şutinq-breyk modellərini satın alıb. Mr JWW adlı videobloqqer Aston Martin şirkətinin mənzil-qərargahında avtomobillərin müştəriyə təhvil verilməsi prosesini lentə alıb. Sifarişçi bütün avtomobillərin Lava Red tünd-qırmızı rənginə boyanmasını, salon tərtibatında isə qara və qırmızı dəridən istifadə edilməsini tələb edib. Xatırladaq ki, Zagato seriyasından olan Coupe, Volante və Shooting Brake 99 nüxsədən ibarət tirajla buraxılacaqdır. Speedster modeli isə  ümumiyyətlə nadir tapılan avtomobillərdən olmalıdır, çünki cəmi 28 ədəd belə avtomobilin buraxılması planlaşdırılır.  

Aston Martin Vanquish Zagato superkarları gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz edilir. Bildiyimiz kimi, standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267