AVTO

Elon Musk General Motors'un zavodlarını alır
10 DEKABR 2018
201

Elon Musk General Motors'un zavodlarını alır

2018-12-10 16:27:00

Tesla şirkətinin icraçı direktoru Elon Musk General Motors şirkətinin bir sıra zavodlarının alınmasını istisna etmir.

“Əgər hansısa zavodlardan biri satılsa ola bilsin ki, biz buna maraq göstərək” – deyə Musk bildirib.

Fins.az xəbər verir ki, bir neçə müddət bundan öncə General Motors şirkətinin icraçı direktoru Mary Barra Şimali Amerikada 5 zavodun bağlanması və işçi sayının 14700 nəfərə kimi endirilməsi planlarını açıqlamışdı. Mary Barra sözügedən zavodlardan bir neçəsinin işlək vəziyyətdə qalması üçün böyük təzyiq altındadır. O həmçinin elektromobillərin istehsalı üçün əlavə vəsait mənbələrinin də cəlb olunacağını bildirmişdi.

Musk isə elektromobil istehsalı sahəsində sağlam rəqabəti çox yüksək qiymətləndirib. “Tesla şirkətinin əsas mənası elektromobillərin, dayanıqlı nəqliyyatın olduqca sürətli şəkildə ortaya çıxmasında və ətraf mühitə kömək etməkdədir. Bu, insanlığın qarşılaşdığı ən ciddi problemdir" - deyə Musk bildirib. Tesla şirkətinin elektromobil istehsalı üçün nəzərdə tutulmuş texnologiyalarının patentləri tam açıq şəkildə təqdim olunur. Yəni onlar open source xarakteri daşıyırlar. İstənilən digər avtomobil istehsalçısı onlardan istifadə edərək öz elektromobil modellərini yarada bilər. “Əgər Tesla şirkətindən daha yaxşı elektromobil istehsal edən bir şirkət yaransa və bu səbəbdən biz öz məhsullarmızı sata bilməyib iflas olsaq, düşünürəm ki, hər ehtimalda bu, dünya üçün yaxşı olacaq” – deyə Musk bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256