AVTO

Ford Focus ST modelinin cəsus fotoşəkilləri dərc edilib
06 DEKABR
106

Ford Focus ST modelinin cəsus fotoşəkilləri dərc edilib

2018-12-06 16:18:00

Bu gün Carscoops saytı “qaynar” Ford Focus ST modelinin cəsus fotoşəkillərini dərc edib. Bu şəkillərdə avtomobil kamuflyajsızdır. Qeyd etmək gərəkdir ki, “qaynar” hetçbekin dizaynı Focus modelinin ST-Line dəsti ilə təchiz edilmiş variantını xatırladır.

Fins.az xəbər verir ki, “qaynar” hetçbek başqa radiator barmaqlığına, iri qabaq splitterə, yan “ətəklərə” və daha aqressiv dizaynlı arxa bamperə sahib olub. Eyni zamanda, iki ölçülü təkər disklərinin milləri arasından nəzərə çarpan qırmızı rəngli əyləc supportlarını da qeyd etmək gərəkdir. Avtomobilin salonunda idman profilinə və “ST” yazıları olan oturacaqları və karbondan dekor elementlərini görmək olar.

Ford Focus ST modelinin 290 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən 2,3-litrlik EcoBoost turbomühərriki ilə təchiz ediləcəyi gözlənilir. Şəkildən də göründüyü kimi, güc aqreqatı mexaniki transmissya ilə tandemdə çalışacaqdır.

“Qaynar” hetçbekin debüt tarixi hələlik naməlumdur. Yeganə məlum olan, hetçbekin Cenevrə avtosalonunda debüt etməyəcəyidir. BXəbər verdiyimiz kimi, Ford şirkəti bu avtosalonda iştirakdan imtina edib. Autograph

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255