AVTO

Koenigsegg öz rekordunu yeniləmək istəyir
06 DEKABR
87

Koenigsegg öz rekordunu yeniləmək istəyir

2018-12-06 11:30:00

İsveçin hiperkarlar istehsal edən Koenigsegg firması özünə məxsus olan sürət rekordunu yeniləmək niyyətindədir. Xatırladaq ki, keçən ilin payızında Agera RS hiperkarı Nevada ştatının Prahramp qəsəbəsinin yaxınlığındakı şossedə 457 km/saat həddinə qədər sürətlənmişdir.

Fins.az xəbər verir ki, bu dəfə Koenigsegg təkmilləşdirilmiş Regera superhibridinin köməyi ilə yeni sürət rekordunu qeydə almaq istəyir. TheSupercarBlog  saytının əldə etdiyi məlumata görə, isveçlilər mühərrikin yeni proqram təminatı üzərində işləyirlər. Yeni təminat Regera modelinin sürətlənmə zamanını yaxşılaşdırmalı və sürət məhdudiyyətini 410 km/saatdan yuxarı çəkməlidir. Hibridin bəyan edilmiş sürətlənmə zamanı 20 saniyə təşkil edir ki, Agera RS modelində bu rəqəm 26,85 saniyəyə bərabərdir.

Koenigsegg Regera modeli tərkibinə 5,0-litrlik səkkiz silindrli biturbo mühərrik, üç elektromotor və unikal Koenigsegg Direct Drive (KDD) transmissiyası daxil olan hybrid güc qurğusu ilə hərəkətə gəlir. KDD transmissiyası dəyişən sürüşmə əmsalı olan hidromuftadan və 2,73:1 nisbətində daimi ötürücü sayı olan baş ötürmədən ibarətdir. Hibrid qurğunun ümumi hasilatı 1500 at qüvvəsi və 2000 Nm-dir. Yerindən 100 km/saat həddinə sürətlənməyə superhibridə 2,8 saniyə tələb olunur.   

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256