AVTO

Skoda şirkəti yeni modelini təqdim edəcək
05 DEKABR
93

Skoda şirkəti yeni modelini təqdim edəcək

2018-12-05 17:04:00

Sabah Skoda şirkəti yeni Scala modelini təqdim edəcəkdir. Buna baxmayaraq, çex istehsalçısı yeni modelin tizerlərini dərc etməyə davam edir.

Fins.az xəbər verir ki, bu gün Skoda şirkəti Sclal modelinin Praqadakı Lennon divarının önündə çəkilmiş şəkillərini dərc edib. İş orasındadır ki, bu dəfə hetçbek maraqlı kamuflyajla qarşımızda peyda olub.

MQB A0 modul platformasında inşa edilmiş Skoda Scala sinifində ən praktik və geniş modellərdən biri olacaqdır. Belə ki, hetçbek arxa sərnişinlərin ayaq zonasında 73 millimetrlik məkan təklif edəcəkdir. Bu göstərici Octavia modelində olduğu ilə eynidir. Bundan başqa, dirsəklər zonasında genişlik 1425 millimetr, salonun arxa hissəsinin hündürlüyü isə 982 millimetr təşkil edəcəkdir.

Müqayisə üçün daha iri Skoda Octavia modelində bu göstəricilər müvafiq olaraq 1449 və 980 millimetrdir. Scala modeli 467 litrlik baqaj bölümünə malik olacaqdır. İkinci cərgənin qatlanması halında bu rəqəm 1410 litrə çatacaqdır.

Əlbəttə ki, yeni hetçbek müasir texnologiyalar ilə də təchiz ediləcəkdir.  Scala modeli işıqdiodlarından  fənərlərə malik olacaqdır. Arxa fənərlər dinamik dönmə işıqlarına sahib olacaqdır. Bundan başqa, hetçbek təchizatına elektrik ötürməsi ilə irəli çıxan yedək qarmağı, sürücü qapısına quraşdırılmış çətir və yanacaq çəninin qapağına qoyulan buz təmizləyən daxil ediləcəkdir.

Ən əsası isə Skoda modelin mühərrik çeşidinə beş güc aqreqatının daxil ediləcəyini bildirib.  Mühərriklər 90 -150 at qüvvəsi arasındakı güc diapazonuna malik olacaqdır.  Autograph

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256