AVTO

Aston Martin klassik modelləri elektrokara çevirməyə hazırdır
05 DEKABR
58

Aston Martin klassik modelləri elektrokara çevirməyə hazırdır

2018-12-05 15:14:00

Aston Martin şirkətinin Aston Martin Works bölməsi daxili yanacaq mühərriki ilə təchiz edilmiş klassik modelləri elektrokarlara çevirmək üçün xüsusi “kaset” dəstini hazırlayıb.

Fins.az xəbər verir ki, yeni güc aqreqatını alan ilk avtomobil 1970-ci ilin Aston Martin DB6 MkII Volante modeli olub. Avtomobil Aston Martin Works mərkəzinin yerləşdiyi Nyuport Paqanell müəssisəsində inşa edilibdir.

İstehsalçı ənənəvi DYM ilə təchiz edilmiş klassik avtomobillərin elektrik ötürməsinə keçirilməsinin başlıca səbəbinin ekoloji normaların sərtləşməsi olduğunu bildirib. “Kaset” ümumi korpusda quraşdırılmış elektromotor, batareyalar bloku və güc elektronikasından ibarətdir. Bu blok mühərrikin və ötürmələrə qutusunun standart bərkitmə yerlərində quraşdırılır ki, bu da avtomobili orijinal vəzyyətinə qaytarmağa imkan verir.

Güc aqreqatının hazırlanması prosesində, mühəndislər komandasının Rapid E elektrokarının yaradılması zamanı qazandığı təcrübədən istifadə edilibdir. “Kasetin” seriya variantının əsasını Rapid E modelinin güc qurğusunun əsas komponentləri təşkil edəcəkdir. Elektrik enerjisinin sərfiyyatına nəzarət salonda quraşdırılacaq displeyin köməkliyi ilə həyata keçiriləcəkdir. Aston Martin Works müştərilərin avtomobillərini gələn ildən başlayaraq elektrikləşdirməyə başlayacaqdır. Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255