AVTO

Sürücülər bu yolda diqqətli olun
04 DEKABR
99

Sürücülər bu yolda diqqətli olun

2018-12-04 16:46:00

Bakı-Gürcüstan yolunun bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Fins.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 94-cü kilometrində yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində dekabrın 5-dən etibarən bir ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq (hərəkət dayandırılmır). Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256