AVTO

Yeni dizel yanacağı istehsal edilib
04 DEKABR
128

Yeni dizel yanacağı istehsal edilib

2018-12-04 14:01:00

Noyabr ayının sonunda Qazaxıstanın Atırau Neft Emalı Zavodunda ölkədə analoqu olmayan tamamilə yeni məhsul əldə edilib.

Fins.az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu “KazMunayGas” şirkətinin İdarə Heyətinin neftin nəqli, emalı və marketinqi üzrə müavini Daniyar Tiyesov V Beynəlxalq  “Xəzər və Orta Asiyada Neft Emalı və Neft Kimya” Konfransında deyib. 

Onun sözlərinə görə, bu, yüksək filtrləşmə hərarəti mənfi 32 olan qış dizel yanacağıdır.

D.Tiyesov bildirib ki, yeni dizel yanacağı tam olaraq yerli məhsuldur və bu səbəbdən də o “Khazar-32” adlandırılıb: “Bu ad zavodun işçiləri arasında keçirilən sorğu nəticəsində seçilib. Öz keyfiyyətlərinə görə dizel yanacağı K5 ekoloji sinfinə uyğun gəlir. Yəni, onun tərkibində kükürd olduqca azdır, bu isə o deməkdir ki, ekologiya üçün daha az zərərlidir”.

D. Tiyesovun sözlərinə görə, “Khazar-32” dizel yanacağı Qazaxıstanın şaxtalı havasına dözəcək, bu da respublika sakinləri arasında tələbatlı olacağından xəbər verir. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256