AVTO

Bu nömrəni alana maşın pulsuz verilir – FOTO
28 NOYABR
516

Bu nömrəni alana maşın pulsuz verilir – FOTO

2018-11-28 18:33:00
Avtomobil elanlarına görə tanınmış yerli facebook səhifələrinin birində məzəli avtomobil satışı elan yerləşdirilib.
Fins.az Avtosfer.az-a istinadla verdiyi xəbərə görə, elanı göndərən şəxs 10-KJ-500 dövlət nömrə nişanını 11000 manata satdığını, onu alacaq şəxsə nömrənin üstündə 2005-ci ilin "QAZ-31”-ini hədiyyə edəcəyini yazıb.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi fərdi şəxslərin dövlət qeydiyyat nişanlarını satmasının qanunsuz olduğunu dəfələrlə bəyan edib. Nömrə yalnız DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və şöbələrində satıla bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256