AVTO

“Azərpoçt” “Khazar SD” markalı avtomobillər alacaq
28 NOYABR
252

“Azərpoçt” “Khazar SD” markalı avtomobillər alacaq

2018-11-28 14:39:00

«Azərpoçt» MMC “Azərmaş” zavodunda istehsal edilən “Khazar SD” markalı avtomobillər alacaq.

Fins.az xəbər verir ki, “Azərpoçt” bu avtomobillərə görə 132 min manat ödəyəcək.

Artıq tərəflər arasında müvafiq müqavilə bağlanıb.

2018-ci il martın sonunda “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir.

İlkin mərhələdə müəssisənin yaradılmasına sərmayə qoyuluşları $15 mln. təşkil edib.

Zavodda “Khazar SD”, “Khazar LD”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur və olunacaq. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur. İldə 2 min ədədə yaxın avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

Bu il ayda 160 ədəd avtomobil istehsal olunur. Onların 60 ədədi “Khazar LD”, 100 ədədi isə “Khazar SD” markalı avtomobillərdir. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq.

“Khazar SD” markalı avtomobilin qiyməti 16 min manat, “Khazar LD” markalı avtomobilin qiyməti isə 18 min manatdır.*

Eləcə də bax: Nazirliklər reyd keçirdi - Şadlıq evinin sahibi cərimələndi

©banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255