AVTO

“Volkswagen” yeni fabrik açmaq niyyətindədir
28 NOYABR
91

“Volkswagen” yeni fabrik açmaq niyyətindədir

2018-11-28 10:18:00

“Volkswagen” şirkətlər qrupu yeni fabrik üçün Cənub Şərqi Avropada yer axtarır. Yeni fabrikdə 5 min nəfər işlə təmin olunacaq. Fins.az xəbər verir ki, istehsalın 2022-ci ildə başlayacağı gözlənilir. Fabrik Rumıniya, Bolqarıstan və ya Türkiyədə açılacaq. Fabrikin açılmasında əsas məqsəd şirkətin elektrik mühərrikli avtomobillərin istehsalına başlamasıdır. “Volkswagen” bu cür avtomobillərin istehsalına 34 milyard avro ayırmaq niyyətindədir. Şərqi Avropada fəaliyyət göstərəcək yeni fabrikdə şirkətin bir çox brendləri istehsal ediləcək. Qeyd edək ki, “Volkswagen” şirkəti 12 brendi özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256