Los Anjelesdəki avtosalon çərçivəsində dünyada ilk pikap tipli elektrik avtomobolinin təqdimatı olub.
Fins.az xəbər verir ki, Miçiqandan olan “Rivian” şirkəti tərəfindən hazırlanan “R1T” adlı elektrik pikap saatda 201 km/saata kimi sürətlənə bilir və hər təkərə biri düşməklə 4 elektrik mühərrik ilə təchiz olunub. Onların cəmi gücü isə 764 at gücü təşkil edir.
Pikap 3 saniyyə ərzində 100 km/saata kimi sürətlənə bilir. Avtomobil 800 kiloqrama qədər yükləri daşıyır, onun salonu isə 5 nəfər üçün nəzərdə tutulub.
Pikapın seriya buraxılışına 2020-ci ildə başlanacaq. Onun qiyməti 60 min ABŞ dolları təşkil edəcək.
Eləcə də bax: Sürücülərin pozduğu, amma DYP-nin cərimə yazmadığı qaydalar
©Finans
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır