AVTO

Köhnə maşınlar Azərbaycanda istehsal olunan avtomobillərlə əvəz oluna bilər? – TƏKLİF
23 NOYABR
1211

Köhnə maşınlar Azərbaycanda istehsal olunan avtomobillərlə əvəz oluna bilər? – TƏKLİF

2018-11-23 19:15:00

Əbəs yerə demirlər ki, Mersedes Almaniyada doğulub Azərbaycanda ölür. Hazırda  statistik rəqəmlərə baxsaq ölkəmizdə 1 milyon 4 yüz minə  yaxın avtomobilin olduğunu görərik ki, bunun  da çox hissəsi istehsal ili köhnə olan avtomobillərdi. 2014-ci ilin statistik məlumatlarına görə,  ölkədəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi Avro-1 standartına, 30 faizi isə Avro-2 və Avro-3 standartlarının payına uyğundur. Avro-4 və 5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizini təşkil edir

Əksər hissəsi köhnə olan bu avtomobillər ətraf mühitə ekaloji zərər vurmaqla yanaşı, yollarda təlükə də yaradırlar. Hətta çoxlu sayda avtomobillər var ki, onlardan nəinki sahibləri, "hətta özləri özlərindən beziblər". Belə avtomobillərə rast gəlmək elə də çətin deyil yəqin ki , çoxları mətbuatda öz-özünə yanmış avtomobillərə rast gəlib – Mən buna "avtomobilin intiharı deyirəm"

Bəs başqa ölkələrdə köhnə maşınları necə sıradan çıxarılır!?  Fins.az olaraq maraqlı təkliflə çıxış etmək istəyirik. Odur ki, ekspertlərin bu barədə fikirlərini və xarici təcrübəni öyrənib təqdim edirik.

Əsas məqsəd o olub ki, yerli avtomobil sənayesini inkişaf etdirməkdir. Çünki 1990-cı illərdə Rusiyanın avtomobil sənayesi tam çökmüşdi. Bir də əsas məqsəd maksimum dərəcədə köhnə avtomobilləri yollardan yığışdırmaq idi. Ona görə utilizasiya proqramı hazırlanmışdı. Maliyyə vəsaitləri ayrılmış və Rusiya hökuməti dəstək vermişdi. Əhalinin kateqoriyalarına uyğun fərqli yanaşmalar var idi. Məsələn ən böyük güzəştlər ikinci dünya müharibəsi veterenlarına aid edilmişdi. Şərt o idi ki, sizə pul ödəyəcəyik və həmin pulun əvəzində yalnız yerli istehsal olunan müəyyən markalı avtomobilləri almalısız.

Nəqliyyat eksperti Ərşad Hüseynov  Azərbaycanda bunu tətbiqi ilə bağlı  söz deməyin bir qədər çətin olduğunu vurğuladı. Çünki bu lahiyəni  həyata keçirmək üçün çoxlu maliyyə vəsaiti lazımdır. Hər halda utilizasiyaya sərf olunacaq vəsait dövlət tərəfidən qarşılanmalı olacaq deyə ekspert qeyd etdi.

Amma bu tipli proqramlar həmişə birmənalı qarşılanmır. Misal üçün Rusiyada bunu həmişə tənqid ediblər ki, ədalətsizliyə səbəb olur. Adam var ki heç vaxt maşını olmayıb. Adam da var ki avtomobili olub indidə dövlət ona pul verir. Amma maşını olmayana pul vermir. Bu da belə adamların narazılığına səbəb olur. Sosial ədalətlilik prinsipi var. Ərşad Hüseynovun sözlərinə görə , amma bu lahiyə Rusiyada kifayət qədər yaxşı həyata keçirilib. Köhnə maşınlar yığılıb. Lakin bir məqam da var ki, Rusiyada utiliazasiya olunan avtomobillərin təkrar emalı üçün imkanlar var. Misal üçün metallurgiya və plasmas materialların emalı  üçün xüsusi müəssisələr var. Yəni avtomobili sökdükdən sonra təkrar emala verib nəsə istehsal etmək mümkündür. Bütün bu sahələr olduğundan lahiyə rusiyada 3 tərəfli qazanc gətirib deyə ekspert bildirdi.

Bu iqtisadi baxımdan əsaslandırılmış bir iş olmalıdır. Azərbaycanda əsasən qara metalların təkrar istehsalı var. O da avtomobil istehsallarının təkrar istehsalı ilə müqayisədə bir qədər fərqlidir.

"Azərmaş" ASC-dən Fins.az-a verilən məlumata görə, hazırda müəssisədə sifariş əsasında avtomobillər istehsal olunur . Amma lazım gələrsə il ərzində 10 min ədəd maşın istehsal oluna bilər. 

Avropada

Avropada əlaxsus da Fransada utilizasiya məcburidir. Köhnə avtomobilləri təhvil verməyənləri cərimələyirlər. Hələ bundan başqa köhnə avtomobillər təhvil verilərkən maşın sahibi köhnə maşınına görə, pul ödəməli olur.  Bu bütün texniki baxışdan keçməyən avtomobillərə aid edilir.

İqtisadçı ekspert Samir Əliyev  köhnə avtomobillərin utilizasiyasının arzuolunan olduğunu bildirdi. Lakin ekspertin sözlərinə görə,  utilizatsiyanı Azərbaycanda tətbiq etmək olduqca çətindir. Çünki Rusiyada böyük avtomobil sənayesi var. Bu sənaye ölkəninin avtomobilə olan ehtiyacını təmin edə bilir. Biz də isə böyük avtomobil sənayesi yoxdur. Sadəcə bir müəssisə var. Bu sənaye ölkənin vatomobilə olan tələbatını ödəmək iqtidarında deyil deyə ekspert qeyd edib.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256