AVTO

Naməlum şəxsin sifarişi ilə Lamborghini hazırlandı
20 NOYABR
175

Naməlum şəxsin sifarişi ilə Lamborghini hazırlandı

2018-11-20 11:55:00

Lamborghini şirkətinin xüsusi sifarişlərlə unikal avtomobillər inşa edən Squadra Corse bölməsi Lamborghini SC18 superkarını hazırlayıb. Naməlum şəxsin sifarişi ilə hazırlanmış avtomobil yeganə nüsxədədir. Lamborghini Aventador modelinin bazasında inşa edilmiş superkar, xüsusi olaraq onun üçün hazırlanmış aerodinamik dayağa malikdir.

Fins.az xəbər verir ki, Lamborghini SC18 modelinin kuzov panelləri ən yüngül materiallardan hazırlanıb. Ön hava girişlərinin konstruksiyası Lamborghini Huracan GT3 Evo yarış avtomobilindəkinə bənzər dizayn edilibdir. Uzununa stabilizatora malik olan mühərrik qapağı isə Huracan Super Trofeo Evo yarış avtomobilində olduğuna bənzəyir. Arxa tərəfdən baxdıqda isə, avtomobilin Aventador modeli ilə oxşar cəhəti gözə çarpmır. Burada orijinal antiqanad və nazik zolaqlar şəklində olan işıqdiodlarından fənərləri görürük. Mərkəzi bərkitməsi olan unikal təkər diskləri öndə 20, arxada isə 21 düymlükdür. Bu barədə Autograph məlumat yayıb. 

Superkarın salon tərtibatında alkantaradan istifadə edilib. SC18 karbondan hazırlanan oturacaqlara malikdir. Superkar 770 at qüvvəsi hasil edən 6,5-litrlik V12 mühərriki və yeddi diapazonlu «robot» ilə təchiz edilib. Bundan başqa, avtomobil xüsusi səsə malik olan buraxılış sisteminə də sahib olub. Lamborghini SC18 trekdə istifadə üçün tənizmlənsə də, ümumi yollarda da istismar üçün icazəyə sahibdir. İstehsalçı avtomobilin dinamik xarakteristikalarını açıqlamayıb. Şəxsi kolleksiyaya daxil ediləcək superkarı müxtəlif müsabiqələrdə nümayiş etdirilməsi ehtimalı da mövcuddur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255