AVTO

Qadın sürücü saatda 276km sürətlə qəza törətdi - VİDEO
19 NOYABR
439

Qadın sürücü saatda 276km sürətlə qəza törətdi - VİDEO

2018-11-19 18:00:00

Formula 3 çempionatının Makaoda keçirilən yarışında dəhşətli qəza baş verib. Van Amersfoort Racing komandasının 17 yaşlı alman pilotu Sofia Flörşin Dallara-Mercedes avtomobili havaya qalxaraq müdafiə çəpərini yarıb, sonra isə iri boksa çırpılıb.

Fins.az-ın məlumatına görə, qəzaya səbəb dördüncü dövrədə Flörşin bolidinin düzlükdə idarəetməni itirərək yapon pilot Şo Tsuboinin Dallara-Toyota bolidinə çırpılması olub. Bundan sonra bolid uçaraq çəpəri keçib və jurnalist və marşallar üçün hazırlanmış qurğuya çırpılıb. Qəza nəticəsində Sofia Flörşin onurğa sütunu zədədlənib. Qəzada zədə alan yapon pilot da dərhal hospitala təxliyyə olunub. Bir müddət sonra Sofianın atası onun iflic olmadığını və vəziyyətinin stabil olduğunu bildirib. Hadisə zamanı ciddi zədə almış iki jurnalist və bir marşal da xəstəxanaya çatdırlıb.

Sofianın qəzası zamanı avtomobilin sürəti 276,2 km/saat olub. Qəzanı şərh edən Ferrari komandasının pilotu Quan Yui Çjou qəzaya sarı işıqların səbəb olduğunu bildirib. O, Sofianı təqib edən pilot olub. Pilot Flörşin öndə olan Daruvala yaxın olması və sonuncunun sarı işıqlar zonasında kəskin yavaşıdığın ıbildirib. Bu səbəbdən də o Sofianın Daruvalın yavaşlamasına reaksiya vermək imkanına malik olmadığını da qeyd edib. (Autograph)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255