AVTO

Azərbaycanda minik avtomobillərinin istehsalı 20 dəfədən çox artıb
17 NOYABR
266

Azərbaycanda minik avtomobillərinin istehsalı 20 dəfədən çox artıb

2018-11-17 18:30:00

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 mln. manatlıq məhsul istehsal edilib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6% azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb. Bununla yanaşı, 1 220 ədəd traktor istehsal edilib ki, bu da 2017-ci ilin 10 ayı ilə müqayisədə 9,6% çoxdur.

Bu ilin 10 ayı ərzində Azərbaycanda 610 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 20,3 dəfə çoxdur. Bu dövr ərzində mancanaq dəzgahlarının istehsalı 2,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,6% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256