AVTO

Toyota bu modelinin 50 illik yubileyinə xüsusi seriya hazırlayıb
16 NOYABR
177

Toyota bu modelinin 50 illik yubileyinə xüsusi seriya hazırlayıb

2018-11-16 14:50:00

2018-ci ildə Toyota Hilux pikapının ilk nüsxəsinin buraxılmasından 50 il keçir. Bu əlamətdar tarixi qeyd etmək üçün yaponlar pikapın Z Black Rally Edition adlı versiyasını hazırlayıblar.

Fins.az-ın məlumatına görə, pikapın tərtibatında qara-parlaq eksteryer elementlərindən geniş istifadə edilib. Avtomobilin radiator barmaqlığı, ön bamperinin alt hissəsi, güzgü gövdələri və qapı dəstəkləri qara-parlaq rəngə boyanıb. Pikapın 18-düymlük təkər diskləri də qara rəngə malikdir. Bundan başqa, təkər tağları da rənglənməmiş qara plastikdən genişləndiricilərə sahib olublar. Bu barədə Autograph məlumat yayıb. 

Toyota Hilux Z Black Rally Edition modeli 17 dekabr tarixindən başlayaraq yalnız Yaponiyada satılacaqdır. Pikap 150 at qüvvəsi hasil edən 2,4-litrlik dizel mühərriki ilə təchiz edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255