AVTO

Ən etibarlı avtomobillərin SİYAHISI açıqlandı
16 NOYABR
1246

Ən etibarlı avtomobillərin SİYAHISI açıqlandı

2018-11-16 11:34:00

ABŞ-ın “Consumer Reports” jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Asiya regionunda rəy sorğularına əsasən, “Lexus”, “Toyota”, “Mazda”, “Subaru” və “Kia” ən etibarlı avtomobillər hesab olunub.

Fins.az-ın məlumatına görə, Avropa regionunda bu siyahıda “Audi”, “BMW”, “Mini Cooper”, “Porsche” və “Volkswagen” yer alıb. Amerikalı istehlakçılar isə “Ford”, “Buick”, “Lincoln”, “Dodge” və “Jeep”i etibarlı hesab edib. Bu barədə Avtosfer yazıb. 

Bundan başqa, ekspertlər ən təhlükəsiz modellərin siyahısını tərtib edib. Bu reytinqə “Lexus GX”, “Toyota Prius C”, “Mazda MX-5 Miata” və “Subaru Crosstrek” daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255