AVTO

"Mercedes" Formula-1-in ən yaxşı komandası seçildi
12 NOYABR
118

"Mercedes" Formula-1-in ən yaxşı komandası seçildi

2018-11-12 11:08:00

İnterlaqosda Maks Ferstappenin Esteban Okonla toqquşması Lyuis Həmiltona yarışın liderliyinə yüksəlməsinə və qələbə çalmasına zəmin yaradıb. Bu qələbə eyni zamanda Mercedes komandasına Konstruktorlar Kubokunu qazanmağa imkan verib.

Fins.az-ın məlumatına görə, beşinci yerdən start alan Maks Ferstappen yarışın ilk anlarında hər iki Ferrari pilotunu və Valtteri Bottası keçərək liderlik edən Həmiltona çatmağa çalışıb. Lakin, beşqat dünya çempionu pit-stopa yollanaraq liderliyi Maksa verib. Ön növbəsində, Ferstappen pit-stopdan sonra Həmiltona çataraq onu əsas düzlükdə keçib. Həmiltondan uzaqlaşmağa başlayan holland pilot dövrəvi Esteban Okonla toqquşaraq yerində fırlanıb və liderlik Həmiltona keçib. Bu barədə Autograph yazıb. 

Sonradan trekə qayıdan Ferstappen yenidən Həmiltonu təqib etməyə başlayıb, lakin hücum məsafəsinə qədər çata bilməyib. Yarışın hakimləri hadisəyə görə Okona 10 saniyəlik stop&go cəzası veriblər. Nəticədə Ferstappen Həmiltondan 1,4 saniyə fərqlə ikinci finiş görüb. Ferrari pilotu Kimi Rəykkonen isə üçüncü olub. Dördüncü yerdən start alan Kimi əvvəlcə komanda yoldaşı Fetteli, sonra ilə həmyerlisi Bottası arxada qoyub. Yarışın sonlarında Kimi Rikkardonun hücumlarından müdafiə qorunmağa müvəffəq olub.

11-ci yerdən start avstraliyalı isə əla pilotaj sayəsində ilk altılığa daxil olmağı bacaıb.Digər pilotlar arasında ən yaxşı nəticə göstərən pilot Şarl Lekler olub. O yarış boyu qalan pilotlardan öndə olub. Romen Qrojan və Kevin Maqnussen yarışı səkkizinci və doqquzuncu yerdə bitiriblər. İlk onluğu isə Serxio Peres tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255