AVTO

"Jeep" "Kia"nı ələ saldı - (VİDEO)
07 NOYABR
315

"Jeep" "Kia"nı ələ saldı - (VİDEO)

2018-11-07 17:39:00

"Jeep" şirkəti "Hellouin" bayramında "Sorento" modelinin ofroud xüsusiyyətlərini lağa qoyan videoçarx dərc edərək "Kia" şirkətinə sataşıb. Yanvar ayında koreya istehsalçısı ailə avtomobilinin Moav səhrasının ən ekstremal Hell’s Revenge marşrutunu qət etdiyini nümayiş etdirmişdi. Döğrudur, bunun üçün "Sorento" modelini bir balaca təkmilləşdirmək gərək olub.

"Jeep" şirkətində əsas diqqəti orijinal və parodiya çarxında edilən dəyişikliklərə yönəldiblər. Belə ki, "Kia" avtomobilin standart təkərlərini dəyişmiş, köndələn dayanıqlılıq stabilizatorunu çıxarmış və metal müdafiə örtüklərini quraşdırmışdır.

Çarxın baş qəhrəmanları olan dağsiçanları amerikan ofrouderini seçir, çarx isə “Jeep Grand Cherokee Trailhawk. Təkmilləşdirmələrə ehtiyac yoxdur” sözləri ilə bitir. (Autograph)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250