AVTO

Bu avtomobillərdə Wi-Fi sistemi təqdim edilib
06 NOYABR
194

Bu avtomobillərdə Wi-Fi sistemi təqdim edilib

2018-11-06 12:32:00

Siz Bentley sedanın arxa oturacağında əyləşərək evdən ofisə və ya ofisdən evə qayıdarkən işləməyi sevən insanlardansınız? O zaman, sizin üçün sevindirici xəbərimiz var. Bu günlərdə Bentley şirkəti avtomobil üçün ən sürətli, etibarlı və təhlükəsiz Wi-Fi sistemini təqdim edib. Yeni texnologiya gələn ildən başlayaraq bütün Bentley modellərində quraşdırılacaqdır.

Fins.az xəbər verir ki, Bentley Advanced Connectivity  Wi-Fi sistemi 110 km/saat sürətində arxa cərgənin sərnişinlərinə eyni zamanda bir neçə tətbiqdən istifadə etmək və yüksək keyfiyyətli videoya baxmaq imkanı verəcəkdir. İnternet  yolboyu əlçatan olacaqdır. Belə bir imkan Viasat telekommunikasiya şirkətinin dəstəyi sayəsində mümkün olubdur. Viasat şirkəti hazırda bütün dünya üzrə 14 milyon daxilolma nöqtəsinə malikdir.

Bundan başqa, Bentley eyni zamanda üç operatoru bir sürətli siqnalda birləşdirmək imkanına malik olan çoxkanallı virtual şəxsi şəbəkəsinə (VPN) də sahibdir. Avtomobilin baqaj bölümündə quraşdırılmış router birbaşa avtomobilin elektrik şəbəkəsindən qidalanır. (Autograph)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250