AVTO

Türkiyədə avtomobil alan azalıb
05 NOYABR
114

Türkiyədə avtomobil alan azalıb

2018-11-05 11:17:00

Türkiyədə avqustda dolların 7  TL-ni, Avronun isə 8 TL-ni aşması avtomobil bazarına böyük zərbə vurub.

Fins.az xəbər verir ki, 47 markanın anbarında 250 min civarında avtomobil qalıb. Təkcə gömrükdə gözlədilən 100 min avtomobilin dəyəri təxminən 2.5 milyard dollardır. 

 Məlumata görə, satışlar sentyabr ayında 68%, oktyabr ayında isə 77% azalıb. 2 ayda Türkiyədə cəmi 45 min ədəd avtomobil satılıb. 

"Son 2 aya ərzində 150 mindən çox satılmamış avtomobili qalan 47 markanın, buna əlavə olaraq gömrüklərdə gözlətdiyi təxminən 2.5 milyard dollar dəyərində 100 min avtomobilini də 31 dekabra qədər götürməsi lazımdır. Şirkətlər bu avtomobilləri götürsələr belə sata bilməyəcəklər. Avtomobil satışı ilə məşğul olan şirlkətlər Xəzinə və Maliyyə Nazirliyindən idxalatın 30 İyun 2019-cu ilə qədər həyata keçirilməsi üçün icazə istəyirlər",- Türkiyə mətbuatı yazır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250