AVTO

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı
31 OKTYABR
505

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

2018-10-31 15:05:00

Yaponiyanın “Lexus” avtomobil markası Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib.

O, ötən ilki reytinqə başçılıq edən “Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili “Lexus GS” olub. Fins.az xəbər verir ki, bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib. Siyahıda üçüncü yeri “Mazda” avtomobilləri tutub. Dördüncü yerdə “Subaru”, 5-ci yerdə isə “Kia” avtomobilləri qərarlaşıb. “Kia” ötən ilə nisbətən 2 pillə geriləyib. Altıncı yeri “İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi “Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın “Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu “Hyundai” qapayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250