AVTO

Sürücülərə ŞAD XƏBƏR: Azərbaycanda ilk
30 OKTYABR
1013

Sürücülərə ŞAD XƏBƏR: Azərbaycanda ilk

2018-10-30 14:02:00

“ASAN Həyat” kompleksini Azərbaycanın bir neçə bölgəsində fəaliyyətə başlayıb. Açılışlarda prezident İlham Əliyev və Mehriban Əliyeva da iştirak edib. Şəkidə və İmişlidə keçirilən açılış mərasimlərində sakinlərə yeni xidmətlər təqdim edilib. Kompleksdə “ASAN Peşə” , “E-Gate” , “ASAN Viza”, “E-Qəza” xidmətləri göstəriləcək. 

Fins.az xəbər verir ki, ən diqqətçəkən yeniliklərdən biri “E-Qəza” xidmətidir. Azərbaycanda sürücülər bu xidmətdən ilk dəfə istifadə edəcəklər. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Missiya-ya açıqlamasında bildirib ki, bu sistem sürücülərin qəza zamanı ölüm riskini azaldacaq:

“Bu inovativ ideya müasir texnologiyalardan istifadə etməklə tətbiq olunmalıdır. Əgər bu baş versə, müəyyən dərəcədə, qəza zamanı ölüm hallarının qarşısı alına bilər. Məsələn, qəza və ya hər hansı fövqəladə hal baş verib. Sürücü və sərnişinlər avtomobildə çıxılmaz vəziyyətdədirlər. Qəza elə yerdə baş verə bilər ki, onu görsək də, kömək etmək və ya harasa xəbər vermək mümkün olmaz. Belə hallarda xüsusi cihaz vasitəsi ilə, onların telefonlarından lazımi fövqəladə xidmətlərə məlumat veriləcək. Həmin bu “SOS” xarakterli “E-Qəza” xidmətinin mahiyyəti bundan ibarətdir. Hadisə zamanı aftomatik işə düşür, məlumatları lazımi xidmətlərə ötürür”.

Ərşad Hüseynovun sözlərinə görə, avtomobildəki “E-Qəza” xidmətinin işə düşməsi ilə xilasedicilərin hadisə yerinə gəlməsi daha qısa zamanda mümkün olur: “Bu daha tez və səmərəli üsuldur. Çünki bir az da olsa nəqliyyat hadisələrinin ağır nəticələrini azaldacaq”.

Ekspert bildirib ki, hadisə yerinə ilk 5-8 dəqiqə ərzində ixtisaslı həkim briqadası gələ bilsə, yol nəqliyyat hadisələrində insanların müxtəlif səbəblərdən (şok vəziyyətinə düşdüyünə və qanaxmaya səbəbindən) ölüm riski azalır: “Ən əsası, qəzadan sonra təcili yardım xidmətinin hadisə yerinə çatma müddətində müəyyən müsbət dəyişikliklər ola bilər. Bu xidmət zəruri tibbi xidmətin, hətta qəza xilasetmə xidmətinin daha tez gəlməsini təmin edə bilər”. Ekspert bu xidmətin kommersiya xarakterli olduğunu deyil: “Xidmətə başladıqdan sonra, kim istəsə, istifadə edə biləcək. “E-Qəza” xidməti bütün detallar təqdim olunduqdan sonra istifadəyə hazır vəziyyətə gətiriləcək”.

Eləcə də bax : Azərbaycanda avtomobillərə xüsusi qurğu yerləşdiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258