AVTO

5000 at güclü superavtomobil
29 OKTYABR
386

5000 at güclü superavtomobil

2018-10-29 16:32:00

Bolqarıstanın “Alieno” şirkəti yeni layihəsi haqqında məlumat verib.

Fins.az xəbər verir ki, “Arcanum” hiperkarı dünya avtomobil bazarında sensasiyaya səbəb olacaq. Bildirilir ki, yeni hiperkar 500 km/saat sürətlə hərəkət edəcək. Uzunluğu 5240 mm olan “Arcanum” karbon lifindən hazırlanıb və çəkisi yarım tondan bir az çoxdur. Elektrik mühərriki ilə təchiz edilən avtomobildə bu mühərriklərin sayı 24 olacaq. Aqreqat 5221 at gücü hasil edir. Bu isə dünyada ən güclü maşın deməkdir. Digər texniki göstəricilər barədə məlumat verilmir. Amma qeyd edilir ki, hiperkar üç rejimdə-küçə, trek və yarış rejimlərində işləyir. Əyləc sistemində də üç sistem nəzərdə tutulub. Qeyd edilir ki, hiperkar sifarişlə yığılacaq və qiyməti minimum 1.5 milyon avro olacaq. Sifarişin hazırlanması üçün isə 18-30 ay vaxt lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255