AVTO

Nissan Teana adından imtina edib
22 OKTYABR
353

Nissan Teana adından imtina edib

2018-10-22 10:53:00

Artıq altı ildir ki, Nissan Teana və Altima adları altında eyni modeli müxtəlif ölkələrdə satır. Məsələn, Şimali Amerikada Altima kimi tanınan sedan Asiya, Okeaniya və MDB dövlətlərində Teana adı ilə məşhurdur. Lakin, yapon istehsalçısı bu ənənəyə son vermək qərarına gəlib.

Fins.az xəbər verir ki, bunun əyani sübutu olaraq Nissan Altima sedanının yeni nəslinin Çin bazarında satışlarının başlamasıdır. Nissan Teana adını 2003-cü ildən başlayaraq istifadə edib. Bu müddət ərzində sedanın üç nəsli dəyişilib. Bir müddət əvvəl, Teana modelinin MDB ölkələrində, Avstraliya və Yeni Zelandiyada satışları dayandırılıb. Bu barədə Autograph məlumat yayıb. 

ABŞ-da yeni Altima bu ilin yazında debüt edib. Yeni Altima Nissan Vmotion 2.0 konseptinin dizayn üslubunda eksteryerə sahib olub. Avtomobilin interyeri də tamamilə yenilənib. Amerika bazarında Altima 191 at qüvvəsi və 244 Nm fırlanma anı hasil edən 2,5-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Əvvəlki 3,5-litrlik V6 mühərriki isə yerini dəyişən sıxılma əmsalı olan 2,0-litrlik VC-Turbo turbomühərrikinə verib. Bu mühərrik 251 at qüvvəsi və 370 Nm təklif edir. Hər iki aqreqat variator ilə tandemdə çalışır.  Atmosfer mühərrikli modifikasiya arxa oxu qoşan tam çəkiş sistemi ilə də təchiz edilə bilər.

Yeni Nissan Altima modelinin təchizatına avtopilot funksiyalarına malik olan ProPilot kompleksi daxil edilib. Elektron yardımçılara gəldikdə isə, sedan Safety Shield 360 adlandırılmış arxa hərəkət zamanı avtomatik əylənmə funksiyası ilə də təchiz edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258