AVTO

DİQQƏT! Bu yolda 50 manat və 2 bal cərimə oluna bilərsiz
20 OKTYABR
4895

DİQQƏT! Bu yolda 50 manat və 2 bal cərimə oluna bilərsiz

2018-10-20 11:15:00
120-lik yolda adi halda 129-la radara düşmədiyiniz halda, sürət həddi endiriləndə 50 manat 2 bal cərimə oluna bilərsiz 

Fins.az xəbər verir ki, yağışlı havalar başlayanda müəyyən yollarda sürət həddi hava şəraitinə uyğun olaraq təhlükəsizlik baxımından endirilir. Xüsusən hava limanı yolunda, Heydər Əliyev və Nobel prospektlərində bu cür stiasiyalar tez-tez baş verir. Məsələnin maraqlı tərəfi odur ki, sürət həddini Bakı Nəqliyyat Agentliyi endirir. Çünki tablolara BNA-nın Nəqliyyatı İntelektual İdarəetmə mərkəzi nəzarət edir. Yolda quraşdırılan radarlara isə Dövlət Yol Polisi nəzarət edir. O zaman sürücülər üçün problem yaşana bilər. Bu barədə Avtosfer yazıb. 

Bu problemin həll edilməzsə gələcəkdə müəyyən çətinliklər yarada bilər. Məsələn sürət həddi 120 km saat tətbiq olunan yolda sürət həddi 100 km saata endirildikdə bəzi sürücülər hazırlıqlı olur, bəzi sürücülər fikir vermir və130 km saatla hərəkət edir. Çünki əksər sürücülər vərdiş edib ki, 120-lik yoldur, 130-a qədər gedə bilərlər. Yəni 120-lik zolaqda 129 km saat sürətlə hərəkət etmək mümkündür. Amma sürət həddi qəflətən 120-dən 100-ə endiriləndə sürücü 129 km saat sürətlə hərəkət edirsə 50 manat, 2 bal cərimə olunacaq. Yəni bu məsələlər necə tənzimlənir? Bakı Nəqliyyat Agentliyi sürət həddini endirəndə  Dövlət Yol Polisinə məlumat verirmi?  Bu suala Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev cavab verib. O, bildirib ki, sürət həddinə əməl edilməsinə nəzarət buna əməl etməyənlərə qarşı inzibati tədbirlər müvafiq qurumlar tərəfindən həyata keçirilir. Yollarda sürət həddinin endirilməsinə gəlincə bu iş DYP-la koordinasiyalı aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258