AVTO

Bunu etsəniz 40 manat cərimələnəcəksiz XƏBƏRDARLIQ
20 OKTYABR
5528

Bunu etsəniz 40 manat cərimələnəcəksiz XƏBƏRDARLIQ

2018-10-20 13:04:00

Yağışlı havalarda adətən sürücülər və piyadalar müəyyən problemlər yaşayır. Bu problemlərin ən birincisi odur ki, gölməçələrdə suyu digər hərəkət iştirakçılarının (istər sürücülərin və istərsədə piyadaların) üzərinə sıçratmaqdır. Təbii ki,  İnzibati xətalar məcəlləsində bununla bağlı 40 manat məbləğində cərimə nəzərdə tutulub. Lakin bu uzun illərdir tətbiq edilməyən bir mexanizimdir. Yəni bu xətanı aşkarlamaq və sürücüyə cərimə tətbiq etmək bir az qeyri-mümkündür. Bu barədə Avtosfer yazıb. 

Çünki bu barədə mütləq görüntü olmalıdır. Təqdim etdiyimiz videoda 90 AS 809 dövlət nömrə nişanlı avtomobil gölməçəyə necə girirsə "Hundai" markalı avtomobil məcburən dayanmaq məcburiyyətində qalır. Daha sonra digər nəqliyyat vasitəsi soldan hərəkət edən avtomobilin su sıçratması səbəbindən sürətini azaldaraq onun ötüb getməsinə şərait yaradır. Bu sürücü artıq iki qayda pozuntusuna yol verib. İki yerdə iki avtomobilin üzərinə su sıçradıb və cərimə oluna bilər. Ümid edirik, Yol Polisi bunu nəzərə alacaq və bu digər sürücülərə də dərs olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258