AVTO

Azərbaycan 228,9 milyon manatlıq məhsul istehsal edilib
16 OKTYABR
240

Azərbaycan 228,9 milyon manatlıq məhsul istehsal edilib

2018-10-16 14:43:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 27,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0% azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb. Bununla yanaşı 1 200 ədəd traktor, 458 ədəd minik avtomobili istehsal olunub. Belə ki, minik avtomobillərinin istehsalı müvafiq olaraq 15,3 dəfə, traktor istehsalı 15,9% artıb.

Mancanaq dəzgahlarının istehsalı 3,0 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,9% artıb.a

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250