AVTO

“Sadə kredit tələbləri olarsa avtomobil satışları 40% artar”
16 OKTYABR
173

“Sadə kredit tələbləri olarsa avtomobil satışları 40% artar”

2018-10-16 11:36:00

Yeni avtomobillərin kreditlə alışı zamanı 40 və 50% ilkin ödəniş tələbi, eyni zamanda aylıq kredit ödənişlərinin alıcıların əməkhaqqılarının 50%-ni keçməsi avtomobil satışlarına mənfi təsir göstərir.

Fins.az xəbər verir ki,  Audi-nin Azərbaycanda rəmsi idxalçısı “European Cars” MMC-nin İcraçı direktoru Əli Əhədov bildirib.

Onun sözlərinə görə, kredit tələbləri çox ağırdır, əgər daha sadələşdirilmiş kredit tələbləri olarsa premium avtomobil satışları təxminən 40% artar:

“İlkin ödəniş, əgər avtomobilin dəyəri 30 min manatdan aşağıdırsa 50%, 30 min manatdan yüksəkdirsə 40% olmalıdır. Bu tələblər çox sərtdir. Kreditlə avtomobil almağa böyük tələb var. Müraciət edənlərin 90%-i kredit şərtləri ilə maraqlanırlar. Lakin ilkin ödəniş yüksək olduğundan maraqlananların bir çoxu avtomobil əldə edə bilmirlər.

Eləcə də bax:Bakıda ilk dəfə Audi Q8 təqdim olundu

Digər bir tələbə görə, aylıq kredit ödənişi alıcının maaşının yarısından çox olmamalıdır. Bu əsas çətinlikdir. Premium avtomobillər daha bahalı olduğundan aylıq ödənişlər yüksək olur. Bir çox alıcının rəsmi maaşı premium avtomobil almağa imkan vermir. Kimsə biznesə malikdirsə, o biznesdən gəlirlərini göstərib kredit götürə bilir. Digərləri isə banklardan mənfi cavab alırlar”.

Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258