AVTO

Bakıda ilk dəfə Audi Q8 təqdim olundu
15 OKTYABR
2141

Bakıda ilk dəfə Audi Q8 təqdim olundu

2018-10-15 10:46:00

Oktyabrın 13-də Bakıda “Audi” avtosalonunda  Almaniyanın lüks avtomobil istehsalçısı “Audi”-nin ən son modeli olan Q8- in təqdimat mərasimi keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Audinin yerli təmsilçiləri, jurnalist və “Audi” innovasiyaları ilə maraqlanan qonaqlar iştirak ediblər. Mərasimdə premium SUV- “Audi Q8” modelinin nümayiş ilə yanaşı yeni web-sayt da müzakirə edilib.

Şirkəti, hazırki bazara BMW X6 və Mercedes-Benz GLE Coupe kimi güclü rəqiblərin qarşısına Q8 modeli ilə çıxıb.

340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunan avtomobil ötürmə - daimi tam çəkimli quattrodur. O, 0-100 km/saat sürətə 5.4 saniyəyə çatır və maksimum sürəti 250 km/saatdır.

"Q8 modelinə artıq çoxlu sifarişlər olub. Yeni krossoverə müştərilər tərəfindən çoxlu maraq doğurub. Bizim bu maşının satışına gözləndilərimiz çoxdur" bunu mərasimdə Audi Azərbaycanın marketinq-meneceri Xanım Orucoca deyib.  

Avtomobil Coupe- SUV seqmentində ən çox yüksək texnoloji cihazlar ilə təchiz olunur. “Audi Q8” dörd qapılı Coupe-nin şıqlığını və böyük, praktik SUV-un keyfiyyətlərini özündə birləşdirir. Son texnologiya cihazları ilə təchiz olunan bu model, yolsuzluq şəraiti üçün mükəmməldir.

Ətraflı məlumat almaq üçün (050) 570-00-77 və ya  https://www.audi.az/az/models/q8  saytını ziyarət edə bilərsiniz.

Facebook

İnstaqram

Youtube

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250