AVTO

Bakı Şəhər Halqası jurnalistlər arasında Kartinq Çempionatı təşkil edib
12 OKTYABR
177

Bakı Şəhər Halqası jurnalistlər arasında Kartinq Çempionatı təşkil edib

2018-10-12 16:36:00

Oktyabrın 11-də yerli media nümayəndələri öz güclərini yarış trekində sınayıblar. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə media nümayəndələri arasında Kartinq Çempionatı təşkil olunub.Bakı Kartinq Mərkəzində baş tutan çempionatda  40-dan çox yerli televiziya, radio, qəzet və onlayn sayt və agentliklərin jurnalistləri, fotoqrafları iştirak edib. 

Çempionat təsnifat və final mərhələsindən ibarət olub. Təsnifat mərhələsində jurnalistlər 4 qrup üzrə bölünüblər. Hər qrupun trek üzrə ən yaxşı vaxt göstəricisi olan jurnalistlər isə final mərhələsinə vəsiqə qazanıblar.

Sonda finala vəsiqə qazanmış 10 nəfər iştirakçıdan ilk olaraq finiş xəttini “İdman Azərbaycan”televiziya kanalının aparıcı və şərhçisi Fərid Ramazanov keçmişdir və çempionatın qalibi olmuşdur. Ondan sonra gələn “Azərbaycan Dövlət Teleqraf Agentliyi”nin fotoqrafı Roman İsmayılov və f-1.az saytının redaktoru Elçin Zodorov müvafiq olaraq 2-ci və 3-cü yerləri tutmuşdular.Sonda yarışın qalibləri kubok və qiymətli hədiyyələr ilə təltif olunublar.

Kartinq Çempionatı Bakı Şəhər Halqasının təsis etdiyi “BCC Press Club” çərçivəsində təşkil olunmuşdur. “BCC Press Club” ölkə mediasının müxtəlif KİV-lərində çalışan jurnalistləri bir araya toplayan klub fəaliyyətidir. Klub mütəmadi olaraq jurnalistlər üçün tədbirlər, yığıncaqlar, debat görüşləri təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260