AVTO

Polis mayoru bu sürücücük vəsiqəsi olanlardan danışdı
05 OKTYABR
3077

Polis mayoru bu sürücücük vəsiqəsi olanlardan danışdı

2018-10-05 10:24:00

Xaliq Faiqoğlu MMC-nin ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət etməsi müəyyən müzakirələrə səbəb oldu.

Fins.az xəbər verir ki, bir çoxları avtobus sürməyin qadın üçün çox ağır iş olduğunu bildirsə də, təşəbbüs sərnişinlərin ürəyincədir. Lakin hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda avtobus sürmək üçün tələb edilən “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsinə sahib qadınların yox səviyyəsində olduğunu bildirib. Hətta Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, ölkə üzrə avtobus idarə etməyə imkan verən “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib qadın yoxdur. 

Maraqlıdır, Azərbaycanda doğurdanmı “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi olan qadın yoxdur? Ümumiyyətlə, bunun üçün müraciət edən olurmu? Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev axar.az-a bildirib ki, Azərbaycanda müxtəlif kateqoriyadan olan qadın sürücülər var: "Xüsusilə xanımların hansı kateqoriyada sürücülük vəsiqəsi olması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu barədə yalnız Dövlət Statistika Komitəsi məlumat verə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253